Hal-hazırda bazarda ən güclü mobil prosessorlardan biri Apple A11 Bionic, digəri isə Snapdragon 845 prosessorudur. Bir çox flaqman modelləri Snapdragon 845 prosessorundan istifadə edir. Apple tərəfində isə iPhone 8/8+ və X modelləri A11 Bionic prosessoru ilə təchiz olunub. Ümumi texniki xüsusiyyətlərinə baxdıqda rəqabətdə olan bu prosessorlar öz özəlliklərinə görə bir-birindən fərqlənirlər. Düzdü A11 Bionic prosessoru ikili və çoxlu nüvədə Snapdragon 845-dən üstündür, amma Snadprdagon 845 prosessoru da ən güclü prosessorlardan sayılır və ən məşhur markalar ən güclü telefonlarında bu prosessordan istifadə edirlər. Onuda qeyd edək ki Snapdragon 845 və A11 Bionic prosessorları 10 nm texnologiyası ilə istehsal edilmişdilər.
Apple A11 Bionic prosessorundan sonra A12 prosessorlarının istehsal etməyə başladı. Beləki şirkətin bu il təqdim edəcəyi prosessorlar 7 nm texnologiyasını dəstəkləyəcək və ən son modellərində istifadə ediləcək. 7 nm olması prosessorların daha az istinməsinə səbəb olacaq və daha çox performans bizlərə təqdim edəcək. TSMC Apple üçün A12 prosessorlarını istehsal etməyə artıq başlayıb. Yeni prosessorun hansı gücə malik olacağını sentyabr ayında görəciyik.