Facebook skandalının meydana çıxmasından sonra, hər kəsin ağlında belə bir sual var: “Facebook-un yan təşkilatı olan WhatsApp etibarlıdırmı?”. Və bu sual birbaşa olaraq şirkət tərəfindən cavablandırıldı. Verilən cavab sizi nə dərəcədə razı salacaq deyə bilmərik, lakin informasiyalarımızın etibarlılığı baxımından narahat olduğumuz bir zamanda belə bir açıqlama olduqca önəmlidir.
WhatsApp etibarlıdır? Yoxsa, istifadəçi məlumatları paylaşılır?
Əvvəla, biz nə desək də, dəyişməyəcək bəzi şeylər var. Bunlardan birincisi odur ki, WhatsApp dünya miqyasında ən çox istifadə edilən və ən çox etibar edilən mesaşlaşma tətbiqidir. Ağıllı telefonların ayrılmaz tətbiqlərindən olması ilə bərabər, hər gün milyardlarla məlumat WhatsApp-da dövr edir.
Amma yaşanan hadisələrin ardından analitiklər arasında verilən açıqlamalar hər kəsi şübhə altına düşməyə vadar etdi. Deyilənlərə əsasən, tam olaraq 200 milyon WhatsApp istifadəçisi təhlükə altında idi. Məşhur analitik və texnologiya sahəsində biznesmen Vivek Wadhwa mövzu haqqında belə bir açıqlama verdi:
“Bəli, tətbiq daxilində istifadəçilər arasında olan əlaqələr barəsində təhlükəsizlik tədbirləri görülür. Amma şəkillərimiz, videolarımız, səsli mesajlarımız kimi mediya məlumatlarımız, zənglərimiz və digər hər şey məlumat üçün şirkət tərəfindən yığılır”.
Şirkətin adından açıqlama verən bir əməkdaş isə: “WhatsApp tətbiqini istifadə edən və bir-biri ilə əlaqə yaradan insanlardan minimum ölçüdə informasiya toplayırıq. Mesaj göndərdiyiniz ailə üzvləriniz və ya dostlarınızı təqib etmirik” açıqlamasını verdi.
Doğrusu, burada önəmli bir problem var. Bir tərəfdən yazışmalarımız etibarlıdır, amma digər tərəfdən ”minimum” həcmdə yığılan informasiya məsələsi var. Buradakı “minimum” anlayışı olduqca qeyri-müəyyən bir ifadədir. Üstəlik Wadhwa-nın dediklərinə əsasən WhatsApp şəxsi məlumat və mobil cihaz məlumatlarını Facebook ilə paylaşaraq şirkətin məlumatlarımızdan istifadə etməsinə şərait yaradır.