Çində "üz tanıma" özəllikli eynəklər istifadəyə verilib

Bu eynəklər vasitəsilə polislərin işi daha da asanlaşıb.

Üz tanıma xüsusiyyətinə sahib eynəklər ilk olaraq Pekində test edilib. Reuters-ın xəbərinə görə, çinli polislərin işi bu eynəklərin köməyi ilə daha da asanlaşacaq. 

ÜZ TANIMA TEXNOLOGİYASI KONQRESDƏ QƏBUL EDİLDİ

Çində prezidentin ömür boyu fəaliyyətini davam etdirməsi barədə dəyişiklik yaxın günlərdə təsdiq olunmuşdu. İndi isə, Çin Milli Xalq Konqresi "Üz tanıma özəllikli eynəklər"-in istifadəsi üçün qərarı təsdiq edib. Bunun vasitəsi ilə polislər şübhəli şəxsləri, cinayətkarları daha asan və tez zamanda tapa biləcəklər.

Konqresdən öncə polislər bu eynəkləri sınaqdan keçirdilər.

Eynəklər ilə maşınların nömrələri, sərnişinlər ayrı-ayrı yoxlanılıb. Bu texnologiya ilk olaraq Henan əyalətində istifadə edilməyə başlanılıb. Üz tanıma xüsusiyyətli eynəklər vasitəsilə 7 şübhəli və 26 saxta ümümvətəndaş pasportu ilə səyahət edən şəxs saxlanılıb.