Facebook-un səhvi minlərlə istifadəçini 'ÖLDÜRDÜ'

Sosial media saytı Facebookda ortaya çıxan qeyri-adi bir səhv bir çox adamın profilinin ölmüş kimi anma səhifələrinə çevrilməsinə səbəb oldu. Saytdakı texniki bir səhv səbəbiylə minlərlə adamın profili hələ həyatda olmalarına baxmayaraq həyatlarını itirmiş kimi anma səhifələrinə çevrildi. Çox sayda istifadəçi yoldaş və ailələrinə ölmədiklərini açıqlamaq üçün yeni status yazmaq məcburiyyətində qaldı. Facebook-un spikeri "Bu vəziyyət qorxunc bir səhvdən qaynaqlandı və bu səhvi aradan qaldırdıq. Yaşananlardan ötəri Üzr istəyirik" dedi. Facebookun səhvi səbəbiylə profili "xatırlama səhifəsinə" çevrilənlərin arasında Mark Zuckerberg də var. Xəta nəticəsində səhifədə paylaşılan mesajda "Markı sevənlərin,onu xatırlamaq və anmaq üçün tanışlarının edəcəyi paylaşmalarda təsəlli tapacağına ümid edirik" yazıldı .


Bir çox istifadəçi sevdiklərinə hələ həyatda olduqlarını bildirdikdən sonra mövzuyla əlaqədar zarafat etmədən dayana bilmədi. New York Times yazıçısı Katie Rogers "Facebook niyə öldüyümü söyləyir ?" başlıqlı yazısında "Facebook Amerika tarixinin ən uzun həftələrindən birinin bağlanışında üzvlərinə həyatlarını itirdiklərini bildirdi" dedi. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .