Çin bu həftə insan əməyi olmadan idarə olunacaq polis məntəqəsinin şəhərlərindən birində açılacağını və indiyə kimi heç bir ölkənin etmədiyi qədər süni zəkadan istifadə edəcəyini bildirib.
Məntəqə sürücülər və nəqliyyat vasitələri nəzərə alınaraq formalaşdırılıb və bir Polis Şöbəsilə müqayisədə daha çox Yol Polis Şöbəsi kimi görünür. Çin maliyyə qəzeti “Caijing Neican” tərəfindən hazırlanan bir hesabata görə simulator vasitəsilə qeydiyyat xidmətləri və “Tencent” tərəfindən hazırlanmış üz tanıma texnologiyası ilə sürücülər haqqında araşdırmalar təmin olunacaq.Hüquq-mühafizə orqanları ilə əlaqədar bir çox məsələləri nəzərə almasaq belə, insan əməyi istifadə olunmayacaq hökumət binaları ideyası ilə bağlı həll ediləcək bir çox məsələ var. Bu məntəqə hər kəsə gündə 24/7 açıq olacaq. Vətəndaşlar burdakı xidmətlərlə problemlərini həll edəcəklər və burada səhv olma ehtimalı internet üzərində baş verə biləcək səhvlərdən daha azdır.
Vətəndaşlar üzlərini şəxsiyyət vəsiqəsi kimi istifadə edəcəklər. Məlumatlar xüsusi olmasa, xidmətlərdən istifadə edən şəxslər bu polis məntəqələrində oturmağa, şəxsi hesab üçün qeydiyyatdan keçməyə və ya öz hesablarına daxil olmaq üçün internet üzərindən tətbiqləri endirmək məcburiyyətində qalmayacaqlar. Üz tanıma bütün zəruri məlumatlara asan şəkildə çıxış əldə edəcək.Yol Polis Şöbəsində hər hansı bir iş görməyə yarım günlük işi buraxmaq lazımdır. Burada sənəd doldurmadan və hökumət işçiləri ilə görüşmədən bazar günləri şəxsiyyəti müəyyənləşdirən səkli yeniləmək mümkün olacaq.