Əksər hallarda iPhone istifadəçiləri iOS əməliyyat sisteminin Android əməliyyat sistemi qədər "açıq" olmadığından şikayətlənirlər. Demək olar ki, günlük bir çox hadisədə özünü göstərən bu 2 əməliyyat sistemi arasındakı fərq bəzi hallarda əsəb mənbəyinə də çevrilə bilir. Bu hallardan biri də elə iPhone-ların zəng səsinin ödənişsiz dəyişdirilə bilməməsidir.
"Texnologiya.az" komandası olaraq bugün sizlərə bu problemin həll yollarından birini göstərəcəyik. Bu proses isə kompyuterlə əlaqə qurmadan sadəcə 2 tətbiqin köməyi ilə reallaşacaq. Sözügedən tətbiqlər ilə aşağıda tanış olub, verilən keçidlərdən smartfonunuza yükləyə bilərsiniz.
1-ci tətbiq: Documents - Yüklə!
2-ci tətbiq: GarageBand - Yüklə!
Lazım olan tətbiqləri yüklədikdən sonra aşağıdakı videonu izləyərək iPhone-unuzun zəng səsini asanlıqla dəyişə bilərsiniz.