Təxminən 1 il əvvəl izləyicilərimizdən gələn istəklərə görə "Instagram hesabını silmək və ya dondurmaq qaydası" adlı xəbər hazırlamışdıq. Son vaxtlarda isə izləyicilərimizdən "dondurulmuş Instagram hesabını aktiv etdikdə bəzi şəkillərin geri qayıtmaması" problemini özündə əks etdirən mesajlar alırıq. Bu mesajlara cavab olaraq isə sizlərə "Dondurduğun Instagram hesabını aktiv etdikdə şəkillərin silinib?" adlı xəbəri təqdim edirik.
Bəzən Instagram-da müəyyən problemlər yaranır. Bu problemlərdən biri də dondurulmuş profili aktiv etdikdə bəzi şəkillərin, bəzən də bütün şəkillərin geri qayıtmamasıdır. Hələ o şəkillərin bizim üçün vacibliyi artdıqca problem daha da cansıxıcı olur.
1. Şəkillərinizi özünüz silmisiniz?
Əgər şəkillərinizi özünüz silmisinizsə həmin şəkillərin geri qaytarılması mümkün olmaya bilər. "Sizin sildiyiniz şəkillər Instagram-dan tamamilə silinirmi?" sualının cavabı isə "Xeyr"-dir. Çünki şəkillərinizi özünüz silsəniz belə Instagram serverlərində saxlanılır.
2. Dondurduğunuz hesabınızı aktiv etdiniz amma şəkillər yoxdur.
Burada isə vəziyyət tamam başqadır. Silmə əməliyyatını özünüz etməmisinizsə demək ki, bu problem sistem ilə əlaqəlidir və əslində şəkilləriniz silinməyib, sadəcə hesabınızda görsənmir. Sistem ilə əlaqəli problemləri həll etmək mümkündür, yəni "yoxa çıxan" şəkillərinizi geri qaytara bilərsiniz.
Nəyə əsasən şəkillərinizin geri qayıtmağının mümkün olduğunu deyirik?
Bu problem hər zaman özünü göstərmir. Problem ilə qarşılaşan insanlar ilə danışıqlarımızdan belə qənaətə gəlirik ki, problem sadəcə bəzi vaxtlarda müşahidə edilir və müəyyən müddət sonra həll olunur. Həmin şəxslər ilə danışıqlardan ümumi bu nəticəyə gəlirik ki, şəkilləriniz geri qayıtması prosesi bir neçə saatdan tutmuş bir neçə aya qədər davam edə bilər. Bu problem ilə qarşılaşdıqda isə etməli olduğunuz şey problemi Instagram-a bildirmək və həll olunana qədər gözləməkdir.
3. Aktiv ediləndə hesabdan silinən şəkillər necə geri qayıdır?
Qeyd: Bildiyiniz kimi Instagram tətbiqində "Azərbaycan dili" dəstəyi yoxdur. Elə buna görə də bəzi məlumatları ölkəmizdə daha çox başa düşülən türk dilində verəcəyik.
Instagram tətbiqində "Ayarlar" (Tənzimləmələr) bölməsinin "Destek" (Dəstək) hissəsində "Sorun bildir" (Problem bildir) bölməsi yerləşdirilib. Çox insan bu bölmənin nə işə yaradığını bilməsə də bu bölmə sizin qarşılaşdığınız problemləri Instagram-a bildirməyiniz üçün var.
4. Şəkillərin geri qayıtmayacağını deyənlər var.
Bəzi sayt və ya səhifələr insanlara kömək etmək əvəzinə öz reytinqlərini yüksəltmək üçün "yerli-yersiz" yazılar paylaşırlar. Rastımıza çıxan bir neçə paylaşımda "şəkillərin geri qayıtması mümkün deyil" yazılmasını müşahidə etdik. Lakin həqiqət budur ki, bura virtual aləmdir və burada paylaşanın kim olması bilinməsə belə insanların əksəriyyəti hər yazılana inanır.
5. Problemin həlli
İlk olaraq hesabınızı dondurun və 1 gün sonra yenidən aktiv edin. Əgər problem yenə də həll olunmazsa aşağıda qeyd etdiklrəmizi tətbiq etməyə başlayın.
Ayarlar > Destek > Sorun Bildir > Bir Şey Çalışmıyor - Keçidlərini etdikdən sonra önünüzə çıxan hissədə problemin nə olduğunu qeyd edin. Şəkillərinizin hamısının və ya bəzilərinin silinməsini oraya qeyd etdikdən (Dünyada daha çox istifadə olunan dillərdə bildirməyiniz tövsiyə olunur) sonra isə geriyə sadəcə problemin həll olunmasını gözləmək qalır. Şəkillərinizin dərhal geri qaytarılması mümkün deyil. Buna görə də səbrli olmağı və ümidsizliyə qapılmamağınızı tövsiyə edirik.
Instagram hesabınızı necə siləcəyinizi və ya donducağınızı bilmirsinizsə aşağıdan bu mövzuda hazırladığımız xəbərə keçid edə bilərsiniz.