Daima proqram təminatı yeniləyərək yeni radar xüsusiyyətlərini təqdim edən Tesla yolda hərəkət edərkən önündəki iki avtomobilin qəza edəcəyini əvvəldən təxmin edərək qəzadan qaçmağı bacardı .
Sentyabr ayında avtomatik pilot rejiminə yeni xüsusiyyətlər əlavə edən və çox əhəmiyyətli bir proqram təqdim edən Tesla radar sisteminin obyektləri tanıma və ətrafını təqib etmə xüsusiyyətinin təxminən altı qat gücləndirilməsini təmin etdi. Yolda hərəkət edərkən hər an təhlükə ilə üzləşmək mümkündür və Tesla-nın inkişaf etdirdiyi bu sistem bu kimi təhlükələrdən qaçmağa imkan yaradır .
Hollandiyanın Eyndhoven yaxınlığındakı A2 şosesində yaşanan bu son hadisə isə Teslanın radar sisteminin müvəffəqiyyətinin ən gözəl nümunələrindəndir . Avtomobilin ön kamerasından çəkilən videoda önündəki iki avtomobilin qəza edəcəyini saniyələr əvvəl təxmin edərək 3-4 dəfə beep ilə xəbərdarlıq verən Teslanın dərhal avtomatik əyləc sistemi işə düşərək həm zənzirvari bir qazanın önünə keçir həm də meydana gələ biləcək itkilərə maneə törədir.
Videodan da aydın olduğu kimi öndəki avtomobilin görünmə bucağının az olması səbəbi ilə sürücünün belə bir qazanın olacağını təxmin etməsi demək olark ki, mümkünsüzdür . İnsanlara nisbətən yol qaydalarına daha çox riayət edən ağıllı sürücülük sistemlərinin yayılması şübhəsiz gələcəkdə qəzaları böyük nisbətdə azaldacaq.