Yəqin ki, hər birimiz Samsung Galaxy Note 7-nin keçən ilki batareya skandalını xatırlayırıq. Bu hadisə şirkətin bütün Note 7 modellərini geri çağırmasına və böyük bir zərərə uğramasına səbəb oldu.
Eyni şəkildə Xiaomi Mi 5 Pro-nun da adı bir partlama hadisəsində hallandı. Aşağıdakı şəkillərdə də görə biləcəyiniz kimi cihazın batareyası partlayıb. Bu partlama hadisəsi cihazın sahibinin 3 barmağının yanmasına səbəb olub.
Yayılan xəbərlərdə deyilir ki, cihazın sahibi hadisəni bildirmək üçün Xiaomi ilə əlaqə yaradıb və telefonunun yenilənməsini tələb edib, ancaq Xiaomi məsuliyyəti üzərinə götürməyib. Hər cihazın istehsaldan sonra tamamilə test edildiyini bildirən şirkət bu cihazın rəsmi mağazadan deyil, Aliexpress-dən alındığı üçün sertifikatlı olmadığını və saxta ola biləcəyini iddia edib.
İstifadəçi şişən və ardınca da alovlanan cihazını evin yanması riskindən qaçmaq üçün pəncərədən bayıra atıb. Sonda qeyd edək ki, həmin cihaz Aliexpress-də "Orginal" kimi qeyd edilib.