Xiaomi Mi Max 2 rəsmi olaraq təqdim edildi

Mi Max 2-nin özəllikləri haqqında məlumat və görüntülər xəbərimizdə:
Yüksək performanslı və bir o qədər də münasib qiymətli cihazlar istehsal edən Çinin Xiaomi şirkəti yeni smartfonunu təqdim edib. Təqdimatı olan yeni model 2016-cı ildə satışa çıxmış Mi Max modelinin davamçısı Mi Max 2-dir.

Mi Max 2 olduqca möhtəşəm özəlliklər ilə gəlib. Metal gövdə, ön tərəfdə 3 sensor düymə, arxa hissədə yuvarlaq barmaq izi sensoru, oval kənarlar kimi özəlliklərə sahibdir.



6,44 düym böyüklüyündə ekranı enerji ilə 5300 mAh həcmində batareya təmin edir. Mi Max 2 Qualcomm-un ən yeni çipsetlərindən biri ilə dəstəklənir. Xeyr, Snapdragon 835 və ya daha öncəki 821 modelləri deyil, Snapdragon 625-dən danışırıq. Bu prosessor 5300 mAh böyüklüyündəki batareya ilə birləşdikdə Mi Max 2-nin 2 günü asanlıqla geridə qoyan batareya ömrünün olacağına şübhə qalmır.

İndi isə Mi Max 2-nin özəllikləri ilə tanış olaq:

Ekran - 6,44 düym, 1080x1920 piksel

Ölçülər - 174.1 x 88.7 x 7.6mm, 211 qram

Ekran-gövdə nisbəti - 74,04%

Prosessor - 2.0 GHz Snapdragon 625

RAM - 4 GB

Daxili yaddaş - 64 GB / 128 GB + microSD dəstəyi

Batareya - 5300 mAh, Quick Charge 3.0

Arxa kamera - 12 MP, Sony IMX386, PDAF, 1.25μm piksel

Ön kamera - 5 MP, 85 dərəcə FOV

Əməliyyat sistemi - Android Nougat + MIUI 8

Bağlantılar - Dual SIM, FDD-LTE, Bluetooth 4.2, WiFi 802.11 a / b / g / n / ac cüt frekanslı, GPS, A-GPS, GLONASS, BeiDou GPS

Rənglər - Qızılı, Ağ

Əlavə özəlliklər - Stereo səsucaldıcı, IR blaster

Qiymət - 245 $ / 295 $

Mi Max 2 modeli 1 iyunda Çində rəsmi olaraq satışa çıxacaq. Yuxarıdakı məlumatlardan da aydın olduğu kimi smartfonun qiyməti daxili yaddaşın həcmindən asılı olaraq 245295 ABŞ dolları olacaq.