Bir neçə gündü ki Xiaomi-nin Mİ 6X telefonu haqqında məlumatlar yayılıb. Bugün isə Xiaomi, Mİ 6X modeli haqqında video təqdim etdi. Mİ 5X və Android One modelli Mİ A1 satışlarda öz üstünlüyünü göstərdi. Yeni model Mİ 6X 25 Apreldə təqdim ediləcək. Mİ 6X modeli kamera cəhətdən tamamilə zənginləşdirilib. Dizayn cəhətdən Note 5 Pro və Mi Mİx 2S-ə bənzəsədə texniki xüsusiyyətlərdə bu iki modeldən nisbətən zəif olacaq. Mİ 6X modelinin texniki xüsusiyyətləri haqqında məlumatlar hələ ki dəqiq bilinmir.
Mİ 6X modelində qabaq kamera 20 MP, əsas kamerada 20 MP olduğu deyilir. İkinci əsas kameranında 12 MP olacağı haqqında fikirlər var. Amma dəqiq məlumat deyil. Ekran 18:9 nisbətində, 5.99 düym, 1080x2160 piksel olacaq. Mİ 6X -in prosessoru Snapdrgon 626 və ya 660 olacağı barədə məlumatlar var. Ram 4/6 GB, yaddaş isə 64/128 GB olacaq. Batareya 2910 mAh-dır.