Vivo öz dizayn özəlliyini qoruyub saxlayır. Belə ki, şirkət yeni Vivo Nex modelini təqdim etdi. Öz gözəlliyi və incəliyi ilə hərkəsi yenidən özünə cəlb etdirməyi bacaran şirkət, bundan əvvəlki modellərində də oxşar dizayndan istifadə etmişdir. Hal-hazırda bazarda çıxıntılı telefonlar həddindən artıq çoxdur. Amma Vivo öz modelləri ilə digərlərindən fərqlənir.
Telefonun dizaynına baxdıqda 91.24 % ekran çərçivə nisbətinə malikdir, həmçinin modeldə barmaq izi ekranın altına yerləşdirilib. Telefonda qabaq kamera gizlədilib, bu isə digər telefonlardan fərqləndirəcək ən əsas özəlliklərdən biridir.
Telefonun texniki xüsusiyyətləri aşağıdakı kimidir.
Snapdragon 845 prosessoru ilə təchiz olunacaq, bu isə telefonun sürətli olacağına bir işarədir. 8 GB ram və 256 GB yaddaş olacaq. 6.59 düym 1080p+ OLED ekran olacaq. Bir alt əviyyə seçimi isə Snapdragon 710 prosessoru, 6 GB ram və 128GB yaddaşla təchiz olunacaq. Arxa kamera 12 ( f/1.8 ) və 5 ( f/2.4 )MP-dən ibarətdir. Qabaq kamera isə 8 ( f/2.0 ) MP olacaq. Ümumi ağırlığı 200 qr-dır və 8 mm incəliyəə sahibdir.
Qiyməti təxmini Çində 780 dollardan başlayacağı güman edilir.
Modelin videosunu sizlərə təqdim edirik.