LG-dən yeni flaqman telefonu gəlir. Bildiyimiz kimi LG yaxın zamanlarda LG G7 ThinQ modelini təqdim etdi. İndi isə yayılan xəbərlərə görə yeni LG V35 ThinQ modeli gələcək. Artıq bu modellə bağlı məlumatlar bilinir. Texniki xüsusiyyətləri aşağıdakı kimi olacaq.
Snapdragon 845, Adreno 630 GPU
6 GB ram və 128 GB yaddaş
6 düym QHD ( 2880x1440 ) ekran.
Cüt 16 MP+ 16 MP kamera
300 mAh batareya
Android 8.1
Bu telefon texniki xüsusiyyətləri ilə LG G7 ThinQ modelinə oxşayır amma dizayn cəhətdən fərqli olacaq bu model. LG 1-2 aya yəqin ki yeni modelini, həmçinin bu modelin digər texniki xüsusiyyətlərə malik növlərini də təqdim edə bilər.