Dünyada ilk dəfə barmaq izi skanerinin ekrana inteqrasiya olunması texnologiyasından istifadə edildi.Bir müddət əvvəl paylaşdığımız məlumat düzgün çıxdı.Yeni texnologiyadan ilk istifadə edən şirkət VİVO oldu.
Synaptics bu barmaq izi skanerini Clear ID adıyla çıxardı. Clear ID sistemi normal barmaq izi skaneri kimi sürətli və etibarlı işləyir. Hətta bu sistemin Apple-ın Face ID-sindən iki dəfə sürətli olduğu iddia edilir. Synaptics-in inkişaf etdirdiyi yeni texnologiyanı istifadə edən ilk telefon Vivo olacaq. Vivo-nun telefonunda Moorhead-in paylaşımına görə 7 mm qalınlığında olan ekranda quraşdırılmış barmaq izi sensorunun OLED ekranının altında yerləşdirildiyi öyrənildi.
Yuxarıda yazdığımız məlumat bizim əvvəlki "OnePlus 6 Çox İddialı Görünür " xəbərindəndir.
CES 2018-də Synaptics tərəfindən təqdim edilən yeni sensor indi bazara çıxarıla bilər. Bu sensordan Samsung və Apple da daxil olmaqla, bütün istehsalçılar öz telefonlarında istifadə edə biləcək və şirkətlər bu sensoru OLED ekranın hər yerində yerləşdirə biləcəklər.
Yalnız OLED ekranları ilə işləyən sensor barmağınızla üst-üstə düşən pikselləri işıqlandırır və işıq barmağınızın tanınmasını təmin etməyə imkan verir. Ekranı söndürsəniz və müəyyən bir baxış vəziyyətindən telefonunuza baxsaz sensoru görə bilərsiniz, lakin ekran açıq olduqda sensor tamamilə görünmür.
Synaptics-in təqdim etdiyi bu sensor 0.7 saniyə ərzində barmaq izini tanıya bilər.Hal hazırda ən son telefonlarda 0.2 saniyə ərzində barmaq izinin tanınması bu sensorun zəif işlədiyini göstərir.Bu yeni texnologiya olduğundan bir müddət sonra dahada inkişaf etdiriləcəyi gözlənilir.