Ötən günlərdə qanuni məhdudiyyətlərdən sonra Yunanıstandakı xidmətini dayandıran Uber JUMP ilə birlikdə velosiped icarəsi bazarına daxil olmuşdu. İndi isə Uber bir neçə müddətdir birlikdə fəaliyyət göstərdiyi JUMP-ı satın aldığını açıqladı.
Uber-in JUMP-ı neçəyə satın aldığı rəsmi açıqlanmasa də, Uber-ə yaxın olan mənbələr qısa müddət əvvəl aralarında Sequoia Capital investisiya şirkətindən Mike Moritz-in də iştirak etdiyi investisiya raundunda iştirak edən şirkətin satışının 200 milyon dollar qiymətində olduğunu bildirdilər. JUMP-ın CEO-su Ryan Rzapecki bu satınalmanın həyata keçməsində Uber-in gələcək hədəflərini yaxşı anlaya bilməsinin təsirli oldğunu qeyd etdi.
Fevral ayında Uber JUMP ilə əməkdaşlıq çərçivəsində Uber Bike by JUMP adlı xidmətini təqdim etmişdi. Bunun sayəsində Uber vasitəsilə də JUMP-ın elektrikli velosipdeləri icarəyə götürülə bilirdi. Satınalmadan sonra da JUMP-ın eyni şəkildə işləməyə davam edəcəyi bildirilsə də, gələcəkdə bu vəziyyətin dəyişə biləcəyini də qeyd edə bilərik.
2011-ci ildə Social Bikes adı altında yaradılan JUMP hələ ki, 12 ölkədə xidmət göstərir və tətbiq vasitəsilə 30 dəqiqəlik bir səfər 2 dollar-a başa gəlir. Bu isə Uber və JUMP-ın ortaq məhsulu olan Uber Pool-dan daha ucuzdur.