Amerika mobil taksiçilik şirkəti Uber sürücüsüz avtomobil texnologiyası ilə sərnişin daşıma sınaqlarına başladı.
Uberdən edilən şərhə görə şirkətin sürücüsüz avtomobil texnologiyasına sahib ilk avtomobilləri trafikdə test edilmək üzrə ABŞ-ın Pittsburgh şəhərində müştərilərin xidmətinə təqdim edildi.
Uberin test sürüşlərində özü özünü idarə edən Ford Fusion marka avtomobillər istifadə edilir , ancaq sürücülər baş verə biləcək hər hansı bir səhvin qarşısını ala bilmək üçün hələ şofer kreslosunda oturmağa davam edir.
Uberin sürücüsüz avtomobilləri ABŞ-da sınaqlara başladı .
Sürücüsüz Taksi necə işləyir ?
Uberin sürücüsüz avtomobilləri digər avtomobilləri və obyektləri 3D xüsusiyyətli kameralar və lazerlerle təsbit edərək naviqasiya sistemi vasitəsilə müştəriləri gedəcəkləri ünvana daşıyır.
Şirkət yaxında digər şəhərlərdə də sınağa təqdim edəcəyi sürücüsüz avtomobillərin yol qəzalarını ciddi nisbətdə azaldacağına inanır.
Şirkətin direktoru Raffi Krikorian mövzuyla əlaqədar şərhində dünyada hər il 1,3 milyon adamın yol qəzalarında öldüyünü ifadə edərək "Bu qəzaların yüzdə 94-ü insan səhvindən qaynaqlanır. Biz sürücüsüz avtomobil texnologiyasının bu statistikalarda əhəmiyyətli enişi təmin edəcəyinə inanırıq." deyə bildirmişdir.
Müştərilərin sürücüsüz vasitələrə necə reaksiya verəcəyi hələlik qeyri-müəyyənliyini qoruyur. Xəbərin ictimai mediada əks-səda tapmasının ardından müştərilərin ən çox soruşduğu suallar arasında "sürücüsüz avtomobillər spirtli və ya aqressiv avtomobil sürücülərinin gözlənilməyən menavralarına necə cavab verə bilər?" önə çıxır.
Uber səlahiyyətliləri isə sürücüsüz avtomobil texnologiyasının qəzaları minimuma endirəcək səviyyəyə gətirə bilmək üçün işlərinin davam edəcəyini yazır.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .