Dünən Tesla maşını faciəli qəzaya səbəb olub. Model X-in sürücüsü idarəetməni itirərək Mountain View-da şose yolundakı maneə ilə toqquşduqdan sonra başqa 2 nəqliyyat vasitəsi ilə də toqquşub. Qəza nəticəsində Teslanın ön hissəsi tamamilə dağılıb. Toqquşmadan sonra avtomobil yanmağa başlayıb. Qəza zamanı yoldan keçən sürücülər avtomobilin birdən-birə yanmağa başladığını və qəza səbəbilə sürücünün Tesla avtomobilin içərisindən çıxa bilmədiyini deyiblər. Şahidlərin bir qismi isə yanğının batareya hissəsindən başladığını qeyd ediblər. Qəza nəticəsində Tesla model X-in sürücüsü ölüb.
Qəza və yanğının avtopilot yaxud batareya səbəbli olduğu hələ məlum deyil. Lakin Kaliforniya Yol Patrul Xidməti yanğına səbəb batareya olduğuna inanırlar. Yanğının batareyanın partlaması nəticəsində yarandığı güman edilir.
Tədqiqat qrupu göndərilib.
Qəzadan sonra Tesla şirkəti əraziyə yanmış avtomobil üzərində araşdırma aparmaq üçün bir heyət göndərib. Bundan əvvəl də batareyalara görə Tesla tənqid olunub, çünki batareyaların strukturu zərbələrə davamlı olmadığı deyilirdi. Qəzadan sonra yanğının baş verməsi elekrikli avtomobillərin, əsasən batareyalarının mənfi cəhətini göstərdi. Çünki sürətlə yayılan yanğına qarşı əvvəlcədən hazırlıq görmək çətindir.
Nəticənin necə olacağından asılı olmayaraq, bu qəza elektrikli avtomobillərinin təhlükəsizliyilə bağlı problemləri, eləcə də avtonom xüsusiyyətləri tətbiq etməyi gündəmə gətirir. Günümüzdə avtonom idarəetmə sistemlərinin insanlar kimi əhəmiyyətli rol oynayacağı danılmazdır.