Sürücüsüz avtobuslar yola çıxır

Elm və Fantastika filmlərini xatırladan sürücüsüz avtobus layihəsində çox yüksək nailiyyətlər əldə olundu.


Sinqapur ilk öz-özünə gedən avtobusun test sürüşünü etməyə hazırlaşır.


Ötən il start verilən layihə çərçivəsində 2 avtobusu test etməyə hazırlayan Sinqapur 6 kilometr uzunluğunda olan yoldakı testlərin ardından bu avtobusları istifadə edib etməyəcəyinə qərar verəcək.


Testlərdən müsbət nəticə alınsa şəhərdəki avtobuslar pilləli bir şəkildə bu modellər ilə dəyişdiriləcək.


Layihənin nə vaxt həyata keçiriləcəyi və xərci mövzusunda isə hələ rəsmi bir şərh yoxdur.


Sinqapur bu layihəni həyata keçirə bilmək üçün müxtəlif təşkilatlarla əməkdaşlıq etmiş , Infocomm Research, A * STAR (Singapur Elm, Texnologiya və Araşdırma Agentliyi) və Sinqapur - MIT ilə əməkdaşlıqdan yaranan SMART ilə güclərini birləşdirmişdi. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .