Enerjim bitir yalanı tarixə qovuşur .

Ağıllı telefon istifadəçiləri artıq qarşı tərəfin telefonunda nə qədər enerji olduğunu görə biləcək. Ağıllı telefonlar üçün yaradılmış xüsusi bir tətbiq olan Battery Share istifadəçilərin bir-birlərinin telefonlarındakı enerjinin neçə faiz olduğunu anbaan görməsini təmin edir . Beləcə artıq 'Enerjim bitdi ' yalanı da tarixə qovuşmuş olacaq! Bu an üçün yalnız iOS platformasına gələn və bu səbəbdən iPhone'lar arasında istifadə edilən Battery Share adlı tətbiq sevgili və ya dostlarınızın telefonlarının enerji nisbətini sizlə paylaşır. Tətbiqi telefonunuza yükləmək üçün təqribən 1 $ -nızdan keçməli olacaqsınız . Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .