Spotify-dakı səhvə görə ayda 17 min dollar qazandı!

Bu səhv vasitəsilə istifadəçi milyonlar qazandı.

Dünyadakı ən böyük onlayn musiqi platforması olan Spotify-dakı səhvi tapan bir gənc böyük bir sərvətə sahib oldu.

Mərkəzi İsveçdə olan onlayn musiqi sistemi olan Spotify-dakı səhvi taparaq bot hesablar açıb öz yüklədiyi mahnını minlərlə dəfə dinləyən Bolqarıstanda yaşayan bir gənc bunun sayəsində külli miqdarda pul qazanıb. 

Kimliyi açıqlanmayan amma profili bloklanan bu istifadəçi və ya istifadəçilər bir aya 17 min dollar pul qazanıb(lar). Bu "fırıldaq" ilə həmin hesabın bugünə qədər təxminən 2,2 milyon dollar pul qazandığı iddia edilir.