Şəkil paylaşma platforması SmugMug keçmişdəki ən böyük rəqibi Flickr-ı Yahoo-dan satın aldı.
2002-ci ildə yaradılan SmugMug şirkətinin rəhbəri satın alma prosesindən sonra verdiyi müsahibədə Flickr-ın hələlik hazırki vəziyyətində qalacağını, ancaq gələcəkdəki maliyyələşdirmədən sonra yenidən əvvəlki məşhurluğunu qazanacağını bildirdi. Yahoo-nun uzun müddətdir maraq göstərmədiyi şəkil paylaşma tətbiqi Flickr lazımlı maliyyələşdirmə və əksikliklərin düzəldilməsindən sonra əvvəllər də olduğu kimi çox bəyənilən və populyar bir tətbiqə çevrilə bilər.
USA Today-ə müsahibə verən SmugMug CEO-su Don MacAskill Flickr-ı canlandırmağı ümid etdiyini söylədi.
O eyni zamanda hələ də öz planlarının üzərində işlədiyini dedi:
“CEO-nun nə edəcəyini tam olaraq bilməməsi qəribə səslənə bilər, amma biz SmugMug-u bir master plan əsasında qurmuruq. Biz müştərilərimizi dinləməyə çalışırıq və həm onlar üçün, həm də cəmiyyət üçün vacib tələblər irəli sürülərsə, məhz onu reallaşdırmağa çalışırıq”.
Flickr 2004-cü ildə yaradılıb və bir il sonra Yahoo-ya satılıb. Yahoo isə Verizon şirkəti tərəfindən satın alınaraq Amerikanın məşhur media və internet xidmətləri şirkəti AOL ilə birlikdə 2017-ci ildə Oath İnc. adlı yan şirkətin tərkibində birləşdirilib.
SmugMug tərəfindən verilən açıqlamada Flickr-ı ayrı veb sayt və tətbiq olaraq idarə edəcəkləri bildirilib:
“Zamanla biz Flickr-ı SmugMug-ın texnologiya infrastrukturuna qatacayıq, lakin saytdakı şəkillər və istifadəçi hesabları Flickr-ın özündə qalacaq”.
Şirkət həmçinin birləşdirmə prosesindən sonra özünün gələcək missiyasını da açıqlayıb:
SmugMug və Flickr fotoqrafların ən nüfuzlu şəbəkəsinə sahibdir və say mənasında da güc sahibidir. Biz fotoqraflara həm ilham vermək, həm də öz hekayələrini paylaşmaq üçün ehtiyac duyduqları alətləri təqdim etmək istəyirik. Daha çox fotoqrafın və həvəskarların baxış tərzlərini paylaşmaqlarına səbəb olmaq üçün həyəcan və enerjini təmin etmək istəyirik. Və biz həvəskarlardan peşəkarlara qədər bütün hər kəs üçün xoş bir məkan olmaq istəyirik.