Məşhur antivirüs proqramlarından olan Avast ən böyük rəqiblərindən biri olan AVG-ni satın aldı. Bəs Avast-ın AVG-ni almaqda hədəfi nədir?
Texnologiya dünyasında maraqlı bir alqı-satqı baş tutdu. Məşhur antivirüs proqramlarından olan Avast ən böyük rəqibi olan AVG-ni satın aldı. Ən böyük rəqibi deyirik , çünki pulsuz antivirus deyildikdə ağıla ilk olaraq bu iki proqramın gəldiyini rahatlıqla söyləyə bilərik.
Avast-ın CEO-su Vincent Steckler bildirib ki, hədəflərini ən üst səviyyəyə çatdırmaq üçün bu sahədə olduqca əhəmiyyətli bir şirkət olan AVG ilə güclərini birləşdirməyi qərara alıblar. Avast, AVG-ni satın almaq üçün səhmləri 25 dollar olmaqla cəmi 1,3 milyard dollar ödəyəcək. Beləliklə, Avast AVG-nin 33% səhm payına sahib olacaq.
400 Milyon İstifadəçisi var!
Fərdi və korporativ istifadəçilər üçün antivirus xidməti göstərən Avast-ın dünya üzərində təxminən 230 milyona yaxın istifadəçisi var. Satışdan sonra güclərin birləşməsi ilə birlikdə bu sayın 400 milyona çatacağı gözlənilir.
Sentyabr və ya oktyabr ayına qədər satın alma əməliyyatının tamamlanmasını gözlədiklərini bildirən Avast səlahiyyətliləri daha çox adama çatmaqlarının xüsusilə təhlükəsizlik riskləri baxımından istifadəçilərə daha yaxşı təcrübə təmin edəcəyini vurğulayır.
Bu güc birləşməsindən sonra ən böyük gözlənilənlərdən biri də bu iki firmanın kiçik və orta müəssisələr üçün daha inkişaf etmiş antivirus proqramı təqdim edəcəyidir.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .