GrayKey adlı cihaz ABŞ-da yerləşən Grayshift şirkəti tərəfindən hazırlanmışdır. Cihaz 2017-ci ilin sonlarına yaxın hazırlanıb, lakin ictimaiyyətə təqdim olunmayıb. Bu müddət ərzində isə GrayKey polis və digər təhlükəsizlik orqanları tərəfindən istifadə olunurdu.
GrayKey vasitəsilə iPhone kilidini açmaq çox sadədir. İki iPhone smartfonuna bağlanmaq üçün iki naqilə sahib cihaz 4 rəqəmli iPhone parolunu iki-üç saat ərzində qıra bilər. 6 addımlı şifrə isə daha uzun müddətdə açılır.
iPhone-lar naqil vasitəsilə cihaza bağlanırlar. İki smartfon eyni zamanda bağlana bilər. iPhone-lar 2 dəqiqə bağlı qaldıqdan sonra naqildən ayrılmalıdılar. 2 saatdan 36 saata qədər bir müddətdə iPhone qara ekranda parolla birgə bəzi məlumatları da göstərir. Bundan sonra məlumatları GrayKey-ə yükləyə və PC-də bir web interfeysi üzərindən PC-ə yükləyib məlumatları analiz etmək olar. Malwarebytes Labs GrayKey məhsulunun ən son iPhone və ən azı iOS 11.2.5 versiyasında işləyəcəyini bildirib.
300 dəfəyə qədər istifadəyə yararlı GrayKey-in qiyməti 15.000 dollardır. Limitsiz və internetsiz çalışan versiya isə 30.000 dollar dəyərindədir.
Lakin cihazın yanlış əllərə düşməsi oğurluq iPhone satışları ilə nəticələnə bilər. Mac & Mobile-ın direktoru Tomas Reed "Belə bir cihaz oğruların oğurlanmış telefonları açıb yenidən satması ilə yanaşı bu telefonlardakı vacib və qiymətli məlumatların itirilməsinə də səbəb olacaq” deyə qeyd edib.