Aparılmış bir araşdırma hesablarda onların sındırılması ehtimalını artıracaq parollardan istifadə etməkdə davam etdiyimizi göstərir!
Lancaster Universitetinin təhsil işçisi Dr.Jeff Yan Yahoo-da sızan məlumatlardan yola çıxaraq “əsla istifadə edilməməsi lazım olan” bir siyahı dərc elədi. Bu siyahının ilk iki sırasında dayanan parollar: 123456 və password-dur. Bu parolları isə "welcome", "ninja", "abc123", "123456789", "12345678", "sunshine", "princess" və "qwerty" kimi parollar təqib edir.
Bununla əlaqədar Daily Mail-ə açıqlama verən Yan bildirib ki, sadə parollardan hələ də istifadə edilməsinin əsas səbəbi istifadəçilərin online risklərdən xəbərsiz olmalarından, ya da bu riskləri dərk etmədiklərindən irəli gəlir. Eləcə də, bu parollar xatırlanması və yazılması asan olduğu üçün də istifadə edilə bilər. Ən böyük təhlükə isə buradan başlayır. Çünki bir çox istifadəçi eyni parolu birdən çox hesabında istifadə edir, bu isə eyni anda bir neçə hesabın sındırılmasına gətirib çıxarır. Mütəxəssislər daha əvvəllər də bir neçə dəfə “hər hesab üçün fərqli bir parol istifadə etməyi təklif edirik” şəklində xəbərdarlıqlar etmişdilər.
Hər hesab üçün müəyyən olunan parolları yadda saxlamağın çətin olduğunu bilirik, buna görə də sizə etibarlılığı ən yüksək olan LastPass-ı istifadə etməyi məsləhət bilirik.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .