Samsung-un Always-On Display özəlliyində GİF yerləşdirmək olacaq.

Samsung, Always-On Display özəlliyindən daha rahat istifadə üçün şəxsi fərdiləşdirmə təqdim edir. Bu özəlliklə, telefonunuz kilidli olanda ekranda GİF nümayiş etdirə biləcəksiniz. Telefon kilidli olduqdan sonra Always-On Display aktivləşir və daim telefonun batareyasını, bildirişlərinizi, vaxtı və digər özünüzə xas məlumatları seçərək görə biləcəksiniz. İstifadəçilər, AOD-in (Always-On Display ) rənglərini, saat seçimlərini və digər xüsusiyyətlərini dəyişə bilərlər.

Samsung AOD-a son yeniləmə ilə bir neçə GİF təqdim edəcək, amma siz özünüz şəkillərinizdən istifadə edə biləcəksiniz. Bundan sonra seçdiyiniz GİF yalnız 1 dəfə hərəkətli şəkildə göstəriləcək. 2-ci dəfə istədikdə isə GİF-ə 2 dəfə toxunmağınız bəs edəcək. Əlavə olaraq bunuda qeyd etmək istərdik ki, GİF-də vaxt limitləməsi mövcuddur. GİF-in işləməsi üçün AOD-in yeniləməsi 3.2.26.4 versiyasında olmalıdır. Hal-hazırda Galaxy S8/S8 Plus və Note 8 də GİF aktivdir. Yaxın zamanda S9 və S9 Plus modellərinə də təqdim ediləcək.