Cənubi Koreyanın texnologiya nəhəngi Samsungun 25 fevral tarixində MWC 18-də təqdim ediləcək Galaxy S9-un ilk araşdırması cihaz təqdim olunmadan edildi. Reddit-də baş verən bu araşdırma cihazı müəyyən bir müddət təcrübə edən bir istifadəçi tərəfindən yazılıb. 20 dəqiqə ətrafında telefonu təcrübə etmək imkanına sahib olduğunu ifadə edən bu istifadəçi cihaz haqqında sızdırılan bir çox xüsusiyyəti də təsdiqlədi.
Dizayn baxımından cihazın Galaxy S8-in dizaynı ilə bənzərlik göstərdiyini ifadə edən istifadəçi Galaxy S9-un kənarlarının daha incə hazırlandığını dilə gətirdi. Edilən bəzi incə toxunuşlar ilə daha yaxşı bir dizayn qazandırılan yeni cihazın barmaq izi sensorunun da daha fərqli olduğunu ifadə etdi.
Buna əlavə olaraq Samsung istifadəçilərinin səbirsizliklə gözlədiyi stereo dinamikinin də S9 ilə təqdim ediləcəyini ifadə etdi. Bir çox xüsusiyyətini araşdırma imkanı tapan bu istifadəçi kamera cəhətdən də böyük üstünlüklər olduğunu dilə gətirdi. S9-un kamerasının 4K 60fps çəkiliş edə bildiyini dilə gətirən istifadəçi daha aşağı həllolma əmsalı, yəni 720p 480fps, 1080 240fps çəkiliş edə bildiyini də ifadə etdi. Ayrıca 1000fps ağır çəkiliş rejiminin Snapdragonlu modellərdə işləmədiyini söylədi.
Samsung sevərlər tərəfindən maraqla gözlənilən və iPhone X-dan kopyalanan 3D Emoji xüsusiyyətini də təcrübə edən bu istifadəçi çox təəssüf ki bu xüsusiyyətin iPhone X qədər keyfiyyətli olmadığını dilə gətirdi.