Samsung Galaxy J7 (2018) gəlir !

Samsung J7 (2018) necə olacaq?

Bir müddət öncə Samsung J8 (2018) detalları ilə bağlı sizə məlumat vermişdik. Birinci plan olaraq il sonunda təqdimatı olunacaq Galaxy Note9-a fokuslanan Samsungun Galaxy J7 (2018) təqdimatını bu yaxınlarda edəcəyi gözlənilir. Galaxy A seriyaları ilə müqayisə olunan Galaxy J seriyası qiymətinə görə də daha münasibdir.

Galaxy J7 (2018) necə olacaq?

FCC tərəfindən təsdiq edilən SM-F720 model nömrəsinə malik olan cihazın Galaxy J7 (2018) olduğu gözlənilir. Bundan əlavə, SM-F720 modeli bu yaxınlarda  Bluetooth SIGWi-Fi Alliance sertifikatlarını alıb.

FCC-dən alınan məlumatlara görə, yenilənən bu model 5.5 düymlük ekrana malik olacaq. Həmçinin, Geekbench qeydlərinə baxdığımızda, Exynos 7885 prosessorundan güc alan cihaz 3GB RAM-a və Android Oreo əməliyyat sisteminə malik olacaq.

Exynos 7885 hələ rəsmi olaraq açıqlanmayıb. 1.6 GHz sürətində işləyən yeni prosessor 2 ədəd Cortex A73 və 5 ədəd Cortex A53-dən ibarət olacaq.

Exynos 7885 təqdimat tarixi hələ bilinmir.