Normal halda havanın istilik dərəcəsini və saatı göstərən asılqan siz qarşısına keçən zaman həmin gün havadakı tempratura uyğun olaraq nə geyinməli olduğunuzu göstərir.
Çölə çıxarkən nə geyinim deyə düşünəndə nə edirsiniz? Yəqin ki, ya əvvəlki günün havasını nəzərə alır, ya da pəncərədən çölə baxıb bu qərarı verirsiniz. Əslində internet vasitəsilə də havanın necə olacağını öyrənə bilərsiniz. Amma evinizdə Take-off varsa bu zəhmətə girməyinizə ehtiyac yoxdur.
Smartfondakı tətbiqi vasitəsilə məlumatlarınızı daxil etdikdən sonra evdəki internetə bağlanaraq həmişə hava vəziyyətini yeniləyir və sizə geyim, ayaqqabı, aksessuar tövsiyyəsi də verə bilir.
Məhsulun 5 ədəd göstəricisində 4 fərqli ayaqqabı seçimi, dörd fərqli paltar seçimi, başınız, boynunuz və əlləriniz üçün aksessuar seçimləri var. Bundan başqa, havanın yağışlı ya da küləkli olması ehtimalını da da göstəricilərdən öyrənib özünüzlə çətir göstürməyi də seçə biləcəksiniz. İstəsəniz asılqanları çıxarıb evin başqa yerində yerləşdirməyiniz də mümkündür.
Gələcəyi məlum deyil
Kickstarter kütləvi maliyyələşdirmə platformasında 99 dollara ön sifarişlə satışa çıxarılan məhsul istədiyi dəstəyi ala bilmədiyi üçün kampaniyasını sonlandırdı. Avstraliyalı startap öz məhsulunu Çində istehsal edib. Hal-hazırda şirkətin öz imkanları ilə kütləvi istehsal mərhələsinə keçib-keçməyəcəyi məlum deyil.