PS Plus Aprel ayı üçün pulsuz oyunları açıqladı

Sony Playstation sosial media səhifəsi pulsuz olacaq oyunları açıqladı

Playstation istifadəçilərinin onlayn oyun üçün istifadə etdikləri Playstation Plus-ın Aprel ayı üçün pulsuz verəcəyi oyunların siyahısı Sony Playstation-ın rəsmi sosial media səhifəsində açıqlanılıb. Həmin oyunlar bunlardır:

Mad Max

Zəngin və yetəri qədər həyəcan verici hekayəsi olan Mad Max oyunu hərkəsin diqqətini cəlb edir. Oyunda əsas məqsəd həyatda qalmaq uğrunda mübarizədir. Bu oyun aprel ayında bütün istifadəçilər üçün pulsuz olacaq.

Trackmania Turbo

Maşın həvəskarlarının sevimli oyunlarından biri olan Trackmania Turbo oyununda düz yolda deyil maneəli yollarda yarışırsınız. Bu oyunu istər hərhansı bir dostunuzla, istərsə də onlayn olaraq digər istifadəçilərlə oynaya bilərsiniz. Bu oyun da aprel ayı üçün pulsuz oyunlar siyahısındadır.