Dünyanın ən böyük reklam verənlərindən olan Procter&Gamble (P&G) bir ildən çox müddətdir YouTube-a qarşı başlatdığı reklam boykotunu dayandırır. P&G rəqəmsal reklama çəkdiyi xərclər mənasında gözlədiyi kriteriyaları qarşılaya bilməməsi səbəbilə YouTube-da reklam verməyi təxirə salmışdı.
Qeyd edək ki, YouTube ötən aylarda bir çox qlobal markanın tənqid mərkəzinə çevrilmişdi. Bunun səbəbi isə qlobal şirkətlərin reklamlarının zorakılıq, nifrət ifadəli və terror propoqandalı məzmuna sahib videolarda göstərilməsi idi.
T-Mobile şirkətinin reklamı Hizbullah terror təşkilatının himn videosunda göstərilir
P&G-ın YouTube-a geri dönməsi bir sıra şərtlərlə birlikdə baş verdi. Belə ki, reklamlar yalnız şirkətin müəyyən etdiyi 10 000 kanalda göstəriləcək.
Bloomberg-ə müsahibə verən P&G-ın ictimaiyyətlə əlaqələr üzrə direktoru Tressie Rose bildirib ki:
Markanın təhlükəsizliyini artırmaq üçün YouTube ilə sıx şəkildə çalışdıq
Yeri gəlmişkən, P&G YouTube-da reklam xərclərini təxirə salsa da, öz YouTube kanalında fəaliyyətini davam etdirdi. Cənubi Koreyda keçiriləcək 2018 Qış Olimpiya Oyunları üçün nəzərdə tutulan və 2012-ci ildən bəri davam etdirdiyi “Çox sağ ol, ana” kompaniyasını öz kanalında da tanıdıb.
P&G ötən il dünya miqyasında rəqəmsal və televiziya, çap mediası, radio kimi ənənəvi reklam kanallarında da daxil olmaqla reklam xərclərinə 7.1 milyard dollar xərcləyib.
Son bir il ərzində şirkət rəqəmsal reklam xərclərini 140 milyon azaltdığı təqdirdə, satışlarını 2% artıra bilmişdi.