YouTube platformasında bir daha Prosox & Kuroi'SH fırtınası yaşanır. Bir daha hücuma keçən hacker qrupları YouTube-un ən məşhur videoları və hesablarını hədəf seçiblər. Hakerlərin Adele, Shakira, Naughty Boy və daha bir çox musiqiçilərin YouTube-dakı ən çox izlənən videolarını hack etməyilə yanaşı, bu hadisə indidən çoxlu müzakirələrə səbəb oldu.
Haker hücumundan sonra YouTube-un ən çox izlənən videosu Despacito platformadan silindi. Lakin bir neçə saatdan sonra video yenidən kanala yükləndi. Qalan digər videolar isə adlarını bərpa etməyə başladılar. Qeyd edək ki, YouTube-a hücum edən hakerlər videoların açıqlama hissəsinə "Fələstini azad edin" kimi şüarlar yazaraq insanlara sosial mesaj da verdilər.
YouTube-a girərək axtarış çubuğuna "hacked by Prosox" yazdığınız təqdirdə onlarla videoda bu hack prosesinin reallaşdığını görə biləcəksiniz. Hələ ki, YouTube tərəfindən mövzu ilə bağlı açıqlama verilməsə də, musiqilərin məzmununa toxunulmadığını, sadəcə olaraq adlarında əhəmiyyətli dərəcədə dəyişiklik edildiyini görə bilərik.