Nvidia ekran kartları gələn ay təqdim edilə bilər.

Nvidia-nin yeni ekran kartları əvvəkli seriyadan daha performanslı və daha güclü olacaq.

Nvidia bu il GTX 11-ci və ya 2000 seriyası təqdim edə bilər. Sizlərə GTX 1180 GTX 1170 ekran kartları haqqında inertenətə sızan məlumatları təqdim etmişdik. Yayılan xəbərlər görə Nvidia İyulda ekran kartlarını təqdim edə bilər. GTX 10-cu seriyasını 2 il əvvəl təqdim edən şirkət yeni seriyasını təqdim etməyə çox yaxındı. Artıq 10-cu nəsil ekran kartlarının bazar dəyəri və onlara olan tələb nisbətən azalıb. Çünki şirkətin təqdim edəcəyi yeni ekran kartları 10-cu seriyadan daha performanslı olacaq. Yeni ekran kartları iyulda təqdim edilsə köhnə ekran kartları qiymətləri daha da düşəcək. Yeni ekran kartları haqqında məlumatlar yayıldıqca sizlərə məlumat verəciyik.