GTX 1170 ekran kartı haqqında məlumatlar bilindi.

Nvidia-nın yeni ekran kartları öz nəticələri ilə hərkəsi heyran qoyacaq.

Sizə Nvidia GTX 1180 ekran kartı haqqında xəbər təqdim etmişdik və bildirmişdik ki, Nvidia yaxın zamanlarda bizlərə yeni ekran kartları təqdim edəcək . Ekran kartlarından biri olacaq GTX 1170 haqqında məlumatlar artıq bilinir. Beləliklə yeni ekran kartları 1100 seriyası ilə davam edəcək.

GTX 1170 modelinin kod adı G104-dür. GTX 1170 12 GDDR6 ( 256 bit ) yaddaşa, 2688 CUDA nüvələrinə sahib olacaq. Bu ekran kartı GTX 1180-dan çox az geri qalacaq. Ekran kartının saat sürəti  1.5 GHz olacağı iddia edilir amma BOOST vasitəsi ilə 1.8 GHz ola biləcək. TDP dəyəri isə 140-160W  arası olacaq. GTX 1170 Peak FP32 hesablamasına görə 9.75 Teraflops olacaq. Bu isə çox yaxşı dəyərdir. Bu göstərici ilə GTX 1170, GTX 1080Tİ-dən çox kiçik bir fərqlə geri qalır.

 

GTX 1100 seriyasının təxmini olaraq yay aylarında təqdim edilməsi gözlənilir. Ən gec avqust ayında təqdim edilməsi güman edilir. Çünki yaxın zamanda Nvidia rəsmi səhifədə 1000 seriya ekran kartlarını satışa çıxartmışdı, bu isə ekran kartlarının stokunu qurtarmaq üçün düzgün addım idi. Nvidia GTX 1170 ekran kartının qiymətinin 499$ olacağı deyilir.