Razer yeni aşağı büdcəli oyunçu siçanı Abyssus Essential-ı təqdim etdi

Məşhur oyunçu aksesuarları istehsalçısı oyunsevərləri sevindirəcək yeni məhsulunu qlobal bazara çıxardı.

Daha yaxşı oyun təcrübəsini yaşamaq üçün münasib qiymətli oyunçu təchizatı istərdinizmi? Razer şirkəti bu fürsəti istəyənlər üçün yeni məhsulunu tanıdıb.

Oyun təchizatları sahəsində öndə gələn markalardan olan Razer-in Abyssus Essential siçanı hər cür oyun və digər ehtiyacları qarşılamaq üçün duzayn edilib və qiymət baxımından da standart oyunçu siçanları ilə müqayisədə əldə edilə bilməsi daha asandır.

Əslində, Abyssus Essential yeni bir məhsul deyil. Belə ki, Razer bu məhsulu daha əvvəl Jugan adı ilə Çin bazarına çıxarmışdı. İndi isə şirkət bu məhsulu qlobal bazara Abyssus Essential adı ilə çıxarır.

Həm sağ, həm də sol əlini istifadə edənlər üçün uyğun olan bu cihaz 7200 DPI optik sensora sahibdir. Siçanın Razer-in Chroma sistemi ilə işləməsi onun oyundakı fərqli situasiyalara fərqli reaksiya verməsinə şərait yaradır.

Cihazın qiyməti 49.99 $-dır. Razer-in veb saytında məhsulu daha yaxşı incələmək və sifariş vermək mümkündür.