Nokia 8, 7 Plus və 6.1-ə Face Unlock özəlliyi gələcək.

Nokia yeni məhsulları ilə bazarda öz yerini tutub. Sadece Sony kimi dizayn barədə digər markalardan geri qalır.

HMD Global Nokia-nı yenideən gündəmə gətirməyə bacardı. Yeni cihazlar və özlərinə aid yenilikləri ilə istifadəçilərin maraqlarını özlərinə cəlb etdilər. Bildiyimiz kimi, standart olaraq Nokia smartphone-larında barmaq izi və ya şifrəli kilit mövcuddur. Yayılan xəbərlər görə Nokia-nın 7 Plus, Nokia 6.1 və Nokia 8-ə gələcək güncəlləmələrdə üz tanıma ilə kilit açma özəlliyi təqdim olunacaq. Bəzi şirkətlər Andriod Smart Unlock-u özəllişdirərək öz cihazlarında istifadə edirlər. Həmçinin Face Unlock dəstəyi Android P-nin sabit versiyası ilə təqdim edilə bilər. Nokia cihazlarının Android P-ni ilin sonuna kimi alacaqları baradə məlumatlar var. Görək Nokia bizlərə nə təqdim edəcək.

 

Rəsmi olaraq açıqlama.