Nokia 6 (2018) və Nokia 6 (2017) arasındakı fərqlər.

Finlandiyalı şirkət Nokia 6-nı yeniləmışdi. Yenilənmiş Nokia 6 (2018) öz texniki xüsusiyyətləri ilə əvvəlki Nokia 6-ni üstələyir. Nokia 6 (2018) modelin prosessoru, enerji yığmaq üçün istifadə edilən giriş hissəsi və ram hissəsi təkmilləşdirilib. Prosessor Snapdragon 430-dan , Snapdragon 630-a yüksəldilib. Ram 4 GB və enerji yığmaq üçün istifadə edilən giriş hissə Micro USB-dən USB-C-ə yüksəldilib. Buda telefonun nisbətən daha performanslı olacağını göstərir. Çünki Snapdragon 630 daha performanslı, daha sürətli və 14 nm (Snapdragon 430-da 28 nm texnologiyası istiadə edilir ) texnologiyasından istifadə edir. Həmçinin Snapdragon 630-un prosessor tezliyi Snapdragon 430-dan 1.67 dəfə daha sürətlidi. Nokia 6 (2018) modeli əvvəlki modellə (2017) kamera, gövdə ekran nisbəti və yerdə qalan bir çox eyni özəlliklərə sahibdir.

 

Texniki xüsusiyyətlər:

5.5 düym ekran, 1080x1920 piksel, 403 ppi, Gorilla Glass 3.

Android 8.1 (Oreo).

Snapdragon 630 (2018)/ Snapdragon 430 (2017).

3/4 GB Ram və 32/64 GB Yaddaş.

Arxa kamera 16 MP, Carl Zeiss, f/2.0.

Qabaq kamera 8 MP f/2.0.

Bluetooth 5.0.

Wi-Fi 802.11 a/b/g/n, Wi-Fi Direct, hotspot.

Batareya 3000 mAh.