İllərdir meydanlarda görünməyən Nokia ötən il HMD Global ilə birlikdə bazara geri döndü. HMD uğurlu telefonların ardınca Nokia markasl üçün yeni bir 100 milyonluq fond yaradıb.
Lumia telefonlarından sonra çöküş yaşayan Nokia yenidən uğur qazanmaq üçün Anroidli telefonlar çıxarmaq kimi əhəmiyyətli addımlar atır.
HMD 2018-ci ildə bu cür telefonları daha çox istehsal edə bilmək üçün 100 milyon dollar vəsait ayırıb. Əgər bu investisiya doğru şəkildə istifadə edilərsə, şirkətin dəyərini 1 milyard dollara qədər qaldıra bilər.
HMD-nin bu zamanlarda pula ehtiyacı var. Çünki şirkət yarandığı ilk ildə (2016) 2.13 milyard dollar gəlir əldə etsə də, 77 milyon dollar zərərə sahibdir. Beləliklə, Nokia-nı yenidən canlandırmaq investorlar üçün olduqca yaxşı bir fürsətdir.