Məhşur sosial media platforması Twitter-dəki quşun adı “Larry”dir. Bu 1978-1992 illər arasında ABŞ Basketbol Liqası NBA-da forma geyən əfsanəvi basketbolçu Larry Bird-ün adından gəlir.
Dünyanın ən sürətli qatarı Maglevler təxminən 600 km / s-də hərəkət edir. Bu sürət bir təyyarənin qalxış sürətdən daha çoxdur.
İlk vertolyot 1480-ci illərdə İtaliyalı rəssam Leonardo da Vinci tərəfindən təsvir edilmişdir. İlk müasir vertolyot isə 1939-cu ildə Rusiyalı alim olan İqor Skyksi tərəfindən hazırlanmışdır.
İlk sualtı gəmi Hollandiyalı Cornelius Drebbel tərəfindən hazırlanmışdır. İnkişaf etməkdə olan texnologiya ilə bu gün istifadə olunan nüvə enerjili sualtı gəmilər 25 il su altında qala bilir. Günümüzə qədər ən yüksək sürətə çatan kosmos vasitəsi Günəşin orbitində dönən Helios Space Sondage-dir. Onun sürəti saatda 250,000 km-lə ölçülmüşdür.
Ən sürətli yayımlanan kommunikasiya vasitəsi internetdir. 38 il ərzində radio verilişləri 50 milyon dinləyiciyə çatdırılıb. Televiziya yayımı üçün bu müddət 13 ildir. İnterneti 50 milyon istifadəçiyə çatdırmaq üçün yalnız 4 il kifayət etmişdir.
1971-ci ildə kompüter istehsalçıları elektron çipə yalnız 4000 transistor sığdıra bilirdilər . 2015-ci ildə bu rəqəm 10 milyarda çatdı.
1976 ildə ABŞ-ın cəsus təyyarəsi SR71 Blackbird saatda 3.500 km-i aşaraq səs sürətinin 3 qatını keçmişdir. Bu ,bu günə qədər heç bir təyyarənin qırmadığı bir rekord olaraq tarixə keçmişdir.