Selfi çəkmək bir çox insanın demək olar ki, hər gün etdiyi fəaliyyətdir. Lakin, bu fəaliyyətin insanların həyatı bahasına başa gəldiyinin də tez-tez şahidi oluruq.
Bu xəbərdə haqqında danışacağımız şəxs Çinin 4-cü böyük şirkəti olan HNA Group-un İdarə Heyətinin rəhbəri Wang Jian-dır. Selfi çəkərkən yüksək divardan yıxılan və dünyasını dəyişən milyarderin ölümü bütün ölkə miqyasında böyük şok effekti yaradıb.
Fransada baş verən hadisədə milyarder 15 metr yüksəkliyi olan divardan yıxılıb. Hər sahədə xidmət göstərən şirkətin İdarə Heyətinin rəhbəri yerində edilən bütün müdaxilələrə baxmayaraq can verib.
İllik qazancı 100 milyard avronu keçdiyi deyilən şirkətdə belə bir itkinin olması artıq şirkətin aktivlərində tarazlığın pozulmasına səbəb olub.