Instagram-dan YouTube-a rəqib xüsusiyyət: IGTV

Yeni xüsusiyyətilə İnstagram video izləmək üçün daha əlverişli məkan olacaq

İnstagramın yayıma aldığı yeni xüsusiyyət İGTV video məzmunların və hekayələrin dünyasını 10 dəqiqəyə qədər genişləndirir.

İstər fokus xüsusiyyəti olsun, istər hekayələrə gələn əlavələr olsun, istərsə də F8 konfransında açıqlananlar olsun İnstagram öz məcrasını hər gün inkişaf etdirir. İndi də İnstragram video məzmunların dünyasını genişləndirir.

Yeni gələn İGTV xüsusiyyətilə artıq hamımız öz kanallarımızı yaradıb 10 dəqiqəyə qədər videolar yayımlaya biləcəyik  İGTV adlı xüsusiyyət həm ayrıca tətbiq olaraq, həm də İnstagram içində bir çıxıntı olaraq təqdim edilib. İnstagram-dan İGTV ikonuna toxunulduğu zaman şaquli videolar oynamağa başlayır. Televizora baxırmış kimi kanalları bir-bir gəzə bilə, həmin kanallara abunə ola biləcəksiniz.

İnstagram öz bloqunda yayımladığı məlumatlara əsasən, 2021-ci ildə mobildə video izləmə trafiki 70%-dən çox olacaq. Yəni artıq məşhur olmaq mobil ilə daha da asanlaşacaq. Açıqlamalara görə İGTV sadə və istifadəçi dostu interfeysə sahib olacaq. Siz həm izlədiyiniz şəxslərin kanallarına çıxış əldə edə biləcək, həm də mövzu ilə bağlı başqa kanalları da kəşf edib izləyə biləcəksiniz. Bundan başqa, İnstagram markalar üçün də daha yaxşı hekayələr göstərə biləcəkləri məkana çevriləcək. Əslində İGTV YouTube-un rəqəmsal strategiyalarına da rəqib bir taktikadır.