Mexanik klaviaturalar haqqında ətraflı məlumat.

Mexanik klaviaturalar haqqında ətraflı məlumatı sizlərə təqdim edirik.

Bugün sizlərə Mexanik Klaviaturalar haqqında məlumat verəciyik. Bildiyimiz kimi son dörvlərdə də ən geniş yayılmış və Gaming sahəsində məşhur olan mexanik klaviaturalar oyunçular üçün ən əsas oyun aksessuarlarından biridir. Hal-hazırda bazarda hər növdə mexanik klaviaturalar var. Bu mexanik klaviaturalar qiymət, keyfiyyət, xüsusi yazılım makro özəllişdirmə xüsusiyyətlərinə görə bir birindən fərqlənir.

Mexanik klaviatura nədir?

Mexanik klaviaturalarda hər düymənin özünə aid xüsusi mexanik açarı var. Bu mexanik açarlar qısaca Switch adlanır. Müxtəlif cür Switch-lər var. Bu Switch-lərin hərbirinin özünü xüsusiyyəti var. Yəni bəzi oyunlarda qara Switch-lər, bəzilərində isə qırmızı Switch-lər daha məqsədyönlü olur. Oyunçular üçün Switch seçimi çox önəmlidir. Çünki Switch-lər oyunçuların hərəkətlərinə və reaksiyalarına ani zamanda cavab verməlidir.

Mexnik klaviaturalar 2000-ci ildən əvvəl istifadə edilir. Lakin istehsalı baha olduğu üçün çox geniş yayılmamışdı. Ən qədim Switch-lər Cherry Mx  firmasına aiddir. Belə ki, bu firma 1983-cü ildən bu Switch-lərin patentini alıb. 2007-ci ildə bu firmaının aldığı patentin müddəti bitib. Ondan sonra isə digər Çin firmaları bəzi dəyişikər edərək öz Switch-lərini istehsal etməyə başlamışlar. Ona görə bazarda bir çox növdə Switch-lər var. 

Mexanik klaviaturalar bizlərə hansı üstünlükləri verir?

Uzun ömürlüdürlər.

Mexanik kalviaturalar uzun ömrlü olur. Hər bir düymənin 50 milyon klikləmə özmrü var. Bu siə az bir say deyil. Həmçinin bu mexanik kalviaturaların xarab olma ehtimal çox azdır.

Tez reaksiya verməsi.

Dediyimiz kimi mexanik klaviaturaların ən əsas üstünlüklərindən də biri budur. Düymənin hansı ağırlıqda basılması vacibdir. 40-80 gr arası bir gücdə düymə basıla bilər. Bəzi Switch-lərdə daha aşağ gücdə olur, bəzilərində isə düymə sona kimi basılır. Bu isə oyunun gedişinə təsir edən amillərdən biridir.

Switch-lərin hissiyatı və səsi.

Switch-lər geri cavab verməsi, yəni yaı yazanda xüsusi bir klik səsi olur. Bu bir çox insanın xoşuna gəlir. Amma ətrafdakı insanların bu səslər xoşuna gəlməyə bilər, hətta bezə bilərlər bu səsdən.

Switch-lərin hansı növləri var?

Göy Switch

Basılma gücü= 60 gr

Klik səsi= var

 

Yaşıl Switch

Basılma gücü = 80 gr

Klik səsi= var

MOBA ve MMO oyunlar üçün əlverişlidir. FPS oyunlar üçün o qədərdə yaxşı deyil. Həmçinin çox səs çıxartdığı üçün ofisdə vəya evdə digər işləyənlərə mane ola bilər.

 

Qəhvəyi Switch

Basılma gücü= 45 gr

Klik səsi= yox

Rəngsiz Switch

Basılma gücü=60 gr

Klik səsi= yox

Bu Switch-lər əsasən yazı yazmaq üçün əlverişlidir. Oyun hissəsində isə peşəkarlar üçün yaralı deyil. Səsləri az olur bu Switch-lərin.

Qırmızı Switch

Basılma gücü= 45 gr

Klik səsi= yox

Qara Switch

Basılma gücü= 60 gr

Klik səsi= yox

Bu Switch-lər FPS oyunları üçündür. Oyunçuların daha sürətli düyməyə basmasına icazə verir bu Switch-lər.