Gaming aksessuarları istehsal edən markalardan olan Patriot yeni RGB DDR4 ramlarını təqdim etdi. Patriot Viper RGB Performance DDR4 adlanacaq bu ramlar, İntel və AMD üçün tam optimizasiya edilmiş və xüsusi işıqlandırmaya malikdir. Ramlar almiumdan hazırlanmışdır və bu isə istiliyin çox olmaması və istiliyin yayılmasına şərait yaradır. Bundan sonra ramların İC-ləri İntel və AMD anakartlarında kefiyyət standartlarından və təhlükəsizliyinin qorumaq üçün xüsusi bir sıralama prosesindən keçir.
Ramlar-da RGB rəng özəlləşdirmə xüsusiyyətidə var. Asus, Msi, Gigabyte və AsRock markaların RGB proqramlarını dəstəkləyir.
Viper DDR4 ramları, İntel XMP 2.0(Extreme Memory Profile) ilə təchiz olunub, yüksək performans və iş stabilliyi təqdim edir. Ramların 2666 MHz-dən 4133 MHz-ə qədər seçimləri var. Patriot tərəfindən ramlara ömürlük zəmanət verilib. Ramın qiyməti 179 dollardan başlayır 299 dollara qədər davam edir. Ryzen və İntel platforması üçün isə 3200 MHz-lik ramlar 219 dollardan satışa təqdim ediləcək.
Sizə Viper RGB DDR4 ramlarının videosunu təqdim edirik.