Köhnə cib telefonları qiymətli metalları özündə saxlayır və təkrar emal şirkətləri tərəfindən müxtəlif ölkələrdə parçalanır .
Köhnə telefonlarımız təxmin edə bilməyəcəyimiz şəkildə yenidən emal olunaraq yeni telefonlar yaradılır . Köhnə nəsil telefonların içində istifadə edilən qızıl, gümüş və mis kimi maddələr Yaponiya, Çin, Almaniya və Koreya başda olmaq üzrə texnologiya sahəsində inkişaf etmiş ölkələrdə xüsusi olaraq qurulan zavodlarda telefonlardan ayrılır .
Vətəndaşların dəyərsiz hesab edib zibilliyə atdığı bu köhnə mobil telefonlar şirkətlər üçün böyük bir qazanc mənbəyidir. Köhnə telefonlarda indiki dövrdə istifadə edilən telefonlara nisbətən daha çox qiymətli metal var.
Telefonlarda istifadə edilən ən məşhur qiymətli metalın isə qızıl olduğu ifadə edilir.
7000 telefonda 1 kilo qızıl !
Toplam 7000 köhnə cib telefonundan ortalama 1-2 kq qızıl , 2-3 kq gümüş və mis metalı əldə edilir. 7000 köhnə cib telefonu ortalama 1 ton ağırlığında olur.7000 telefonun çeşidlənməsi çətin görünsə də,zavodlarda telefonlar əridərək qiymətli metalları asanlıqla ayırmaq olur.