iPhone 6-ya aid olduğu iddia edilən bir "prototipin" qiyməti eBayda 50.000 dolları aşdı.
Satan adam "klassik" olaraq adlandırdığı telefonu bir yoldaşından aldığını deyir .Cihazın arxa üzündə FCC logosunun, seriya nömrəsinin və IMEI kodunun olmadığı məlum olub . Satıcıya görə Telefon "SwitchBoard" adlı bir əməliyyat sistemiylə işləyir, qırmızı lightning dock portuna sahibdir və C39NW00KG876 seriyası ilə gəlir".
9to5Mac-a görə Apple firmasında istifadə edilən SwitchBoard proqramı stok iOS-dan daha asan qırıla bilir və bu proqrama sahib cihazlar "çox yüksək qiymətlərlə satılırlar." Həqiqətən də belə bir cihazın qiyməti 2014-cü ildə 86.000 dollar səviyyəsinə yüksəlmişdi. Ancaq cihazın real bir prototip olmadığı aydın olduqdan sonra 11.000 dollara alıcı tapmışdı. Bu səbəbdən bu son prototipin də gerçək bir prototip olmama ehtimalı var.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .