Instagram Avropa miqyasında tətbiq edilən Ümumi Məlumat Qoruma Qanununa (GDPR) əsasən yenilənən istifadə şərtlərini Avropa Birliyi vətəndaşı olan istifadəçilərə göndərməyə başladı. Bu razılaşmada Instagram-ın istifadəçilərin barmaq hərəkətlərini yaddaşda saxlaması kimi maraqlı detal bəlli olub. Beləliklə, Instagram bot hesabları əngəlləmək üçün istifadəçilərin barmaq hərəkətlərini yaddaşda saxladığını açıqlamış oldu.
GPDR-ı əsas tutaraq istifadəçilərdən hansı məlumatları nə məqsədlə yığdıqlarını açıqlamaq məcburiyyətində olan Facebook və Instagram kimi şirkətlər yenilənən istifadə şərtlərini AB vətəndaşlarına göndərməyə başlayıb. Sosial şəbəkənin yenilənən istifadə şərtlərində istifdəçilərin tətbiqi istifadə edərkən etdikləri toxunuş hərəkətlərini yaddaşda saxlamağın Instagram-a bot və saxta hesabları müəyyən etmə şansı yaratdığı bildirilib.
8%-i botdur
Instagram-ın illərdir davam edən bot problemi var. Bu bot hesablar pul qarşılığı bəyənmə, rəy yazma və izləmə təmin edən şirkətlər tərəfindən istifadə edilir. 2015-ci ildə aparılan bir araşdırma isə Instagram hesablarının 8%-nin botlardan ibarət olduğunu üzə çıxarmışdı.