Instagram-ın Android tətbiqində gizlənən bir kod “İstifadə Statistikaları” bölməsindəki xüsusiyyəti meydana çıxarıb. Bu xüsusiyyət istifadəçilərin tətbiqdə keçirdiyi zamanı göstərəcək.
Jane Manchun Wong adlı kompüter elmləri üzrə təhsil alan tələbə bu yenilyi tətbiqin kodundakı elementdən tapıb. Hələlik bu zamanın tətbiqdə keçirilən ümumi vaxtı, yoxsa gün, həftə ya da ay kimi müəyyən bir zaman zərfini göstərəcəyi bilinmir. Lakin bilinin isə odur ki, Instagram CEO-su Kevin Systrom paylaşdığı tweet-lərdə “İstifadəçi Statistikaları” xüsusiyyətini test etdiklərini təsdiqləyib:
Bu doğrudur... Instagram cəmiyyətinin Instagram-da keçirdiyi vaxt haqqında daha çox məlumat alması üçün alətlər yaradırıq. Tətbiqdə keçirdikləri hər bir an əlverişli və məqsədəuyğun olmalıdır. Onlayn keçirilən vaxtın insanlara necə təsir etdiyini anlamaq əhəmiyyətlidir və bu məsələdə dürüst olmaq bütün şirkətlərin məsuliyyətidir. Bu həllin parçası olmaq istəyirik. Bu məsuliyyəti ciddi qəbul edirik.
Bəzi proqnozlar bu xüsusiyyətin yayımlanmasının Instagram-dakı reklam və məzmunların görüntülənmələrində azalma ilə müşayiət olunacağını desə də, şirkətin baş icraçı direktorunun bu xüsusiyyəti dəstəkləməsi bu yeniliyin cəmiyyətə yönəlik və uzunmüddətli bir strategiyanın bir parçası olmasını göstərir.
Google-dan sonra Instagram-ın da bu məsələdə addım atması bu texnologiya nəhənglərinin son dövrlərdə istifadəçiləri ağıllı cihaz alüdəçiliyi barədə məlumatlandıran məqalələrə diqqət yetirdiyini göstərir. Bu xüsusiyyətlər həm istifadəçilərin müəyyən məlumat ehtiyacını ödəyir, həm də texnologiya şirkətlərinin PR-ına da töhfə verir.
Qeyd edək ki, Jane Manchun Wong bu yenilyi İnstagram-ın Androdi tətbiq paketindəki kodda yer alan “slideout_menu_time_spent” elementi sayısində kəşf edib.