Hekayələr sosial media platformalarında brend və istifadəçilərə qısa bir baxışla izləyicilərini cəlb etmək imkanı verir. İstifadəçilər arasında Instagram hekayələrindən istifadə edənlərin sayı artdıqca markalar hekayə mövzusunda önə çıxmağın yollarını axtarırlar. İnstagram hesablarında hələ də hekayələrdən istifadə etməyən markalar müştəri itirmə təhlükəsi ilə qarşı-qarşıyadırlar. Instagram-ın bu funksiyası 2016-cı ildən məşhurluq qazanmağa başladı. Günlük 300 milyondan artıq istifadəçi ilə hekayələrə olan maraq daha artmışdır. Lakin, bəzi brendlər müştəri tələblərinə cavab verməkdə çətinlik çəkirlər. Hekayələr 24 saat ərzində aktiv olduğundan istifadəsinin faydalı olub-olmayacağı barədə tərəddüd edirlər.
Socialbakers.com verdiyi məlumata görə hekayələrin paylaşımlara qarşı necə effektiv olduğunu öyrənmək üçün 1100-dən çox Instagram profilləri arasında araşdırma edilib. Nəticələr hekayələrin də paylaşımlar qədər maraq doğurduğunu göstərmişdir.
Markalar postlardan çox hekayələrə fikir verir.
Brendlərin istifadə etdiyi postlar və hekayələrin nisbi sayı demək olar ki bərabərdir, baxmayaraq ki, gündə bir dəfə də olsa ana səhifədə paylaşım lentində qarşımıza çıxmır. Hər ikisinin ümumi payı bir-birindən yalnız 8% fərq yaratmışdır. Bu onu göstərir ki, hekayələrdən istifadə etməmək rəqabətdə geri düşmənizə səbəb ola bilər.
Beləliklə, Instagram hekayələrini bəyənmək mümkün olmadığından və rəy yazmaq üçün zaman da qısa olduğundan əsas olan daha çox insana çatması və müsbət təəssürat yaratmasıdır. Socialbakers.com verdiyi məlumatlara görə hekayələr istifadəçilərdə hər hansısa bir təəssürat yaratsa da, markalar öz auditoriyalarına daha çox postlar sayəsində çata bilirlər. Hekayə və paylaşımların yüklənməsi sayca yaxın olsa da, baxış sayı fərqlənir. Göründüyü kimi markaların izlənilməsini 81% paylaşımlar 19% hekayələr təmin edir.
19% brendlərin hekayə yükləməsi və daha çox izləyici qazanması üçün böyük rəqəm olmaya bilər. Lakin bu araşdırma onu göstərir ki, izləyicilərin 1/5-i hekayə funksiyası sayəsində brendi tanıyırlar. Bu brendin xərc çəkmədən orqanik izləyici toplamasını təmin edəcəkdir. Buna görə Instagram-da hekayə bölməsindən istifadə etməyən markalar müəyyən kütləni itirirlər.
Ümumiləşdirmə olaraq markalar niyə hekayələrə diqqət yetirməlidirlər.
1. Hekayələr postlar kimi qeyri-adi bir dizayna malik olmur. Sadə və unikal dizayna malik olduğundan çox vaxt və əziyyət də tələb etmir.
2.Bu diqqəti daha yaxşı cəlb etmək üçündür. İnstagram CEO-su Kevin Systrom bildirmişdi ki, istifadəçilər platformada az vaxt keçirirlər. Hekayələr bölməsi onların daha tez-tez daxil olmasını və daha az əziyyətlə paylaşım etmələrini təmin etmək üçündür.
3.Hekayələr təbii reklam vasitələridir. Əvvəlki ənənəvi vasitələrdən fərqli olaraq sosial media marketinqinizi də aparmağa kömək edəcək.