Hollandlar dünyanın ilk yaşanabilən 3D-çaplı evlərini hazırlayır

Tezliklə Eyndhovendə 3 ölçülü çaptan çıxmış evlərdə yaşamaq mümkün olacaq

Dünyanın ilk 3 ölçülü printerdən çıxan, betondan olan və yaşanılabilən evləri yaxın zamanda Hollandiyanın Eyndhoven şəhərində inşa ediləcək.

Əvvəllər 3D printerlə evlər hazırlansa da, heç biri insanların yaşamasına uyğun deyildi.

Bu kreativ layihənin arxasındakı hollandiyalı Van Wijnen inşaat şirkəti yeni sistemin inşaat sektorunda “inqillab” xarakteri daşıyacağını, digər enerji və çevrə dostu ev quruluşlarının qarşısını açacağını iddia edir.

Əmlak mütəxəssisləri bu layihənin Hollandiyada inşaat zamanı ətraf-mühitə verilən zərəri və xərcləri də ən aşağıya salacağını düşünür. İnşaat zamanı daha az sement istifadə ediləcək layihəyə Eyndhoven Texnologiya Universiteti də dəstək verir.

Təsisat 3D printerlə yaradılacaq

İstifadə edilən 3D printer nəhəng bir robot qola sahibdir və kremşanti üsullu xüsusi sement püskürdən başlığa malikdir. İnşaat işi zamanı sement memarın dizaynına uyğun şəkildə tökülür, divar yarada bilmək üçün qat qatın üstünə keçir, divar da daha sağlam ərsəyə gəlir.

İlk mərhələdə evlərin iç və çöl divarları tamamilə prineterlə yaradılacaq

3 mərtəbəli və 3 otaqlı olaraq planlaşdırılan beşinci ev də bitən zaman kanalizasiya və digər lazımlı təsisatlar da 3D printerdə, evlərin qurulduğu yerdə quraşdırılacaq və bu sayədə də xərclər aşağı salınacaq. Evlərin təməli isə ənəəvi qaydada atılacaq.

Ağıllı evlərə keçid

3D printer istifadəsi evlərin istənilən yerinə simsiz qəbul edicilər yerləşdirilməklə işıq, istilik və təhlükəsizlik sistemlərinin idarə edilməsinin iç-içə keçilməsilə evlərin “tamamilə ağıllı olmasına” fürsət yaradacaq. 3D prinet istifadəsi genişləndikcə insanların öz zövqlərinə uyğun ev inşa etməsi də asanlaçacaq.

İlk mərhələdə “yaradılacaq” 5 ev 2019-cu ildə satışa təqdim ediləcək. Evlərin model şəkillərinin internet saytına yerləşdirilməsindən bir həftə keçməsə də, artıq 20 ailədən müraciət daxil olub.