Tayvanın ağıllı telefon istehsalçısı HTC şirkəti yeni ağıllı telefonu olan HTC U12 və U12+-un təqdimat tarixini açıqlayıb.
Ötən günlərdə internetə ilk şəkilləri sızan HTC-nin bayraqdar telefonu HTC U12-nin təqdimat tarixi 23 may olaraq müəyyən olunub. Həmçinin bu ağıllı telefonun təchizatı barədə də bəzi məlumatlar əlimizdədir.
İddialara əsasən:
- Telefonda iki 8 MP ön kamera, arxa tərəfdə isə biri 12 MP, digəri isə 16 MP olmaqla iki arxa kamera olacaq, bu isə detalları itirmədən yüksək səviyyədə zoom (böyütmə) imkanına sahib olmaq deməkdir;
- Cihaz 6 düym(U12+-da 5.5 düym), 18: 9 görünüşlü, 2880 x 1440 piksel, 537 ppi, QHD+ ekrana;
- IP68 qorunma standartına (telefonların suya, toza və xarici zərbələrə qarşı qorunma səviyyəsini ölçən standart);
- Snapdragon 845 prosessoruna;
- 6 GB RAM və 256 GB-a qədər xarici yaddaş + microSD dəstəyinə;
- 3.420 mAH batareya, sürətli enerji yığımı üçün Qualcomm Quick Charge 4+ texnologiyasına;
- BoomSound səs stereodinamikasına;
- Edge Sense 2 sensor texnologiyasına;
- HTC Sense dəstəkli Android 8 Oreo əməliyyat sisteminə
- HTC Face Unlock üztanıma texnologiyasına
- İkili SİM kart dəstəyinə sahib olacaq.
Google-un Android yeniləmələrini sürətləndirmək üçün tanıtdığı Project Treble dəstəyilə gələcək yeni model barədə HTC-nin rəsmi Twitter hesabından bu ifadə işlədildi:
Tezliklə gələcək. Xüsusiyyətlərinin cəmindən daha çox bir telefon.
Yeni smartfonun təqdimatından qısa müddət sonra satışa çıxarılması gözlənilir.