Windows Phone telefonları ilə pis ssenariyə son qoymaq istəyən Microsoft yeni Windows Phone satışlarını radikal bir qərarla dayandırdı.
Microsoftun iOS və Android-ə rəqib olmaq üçün yaratdığı Windows Mobile təəssüf ki, istədiyi uğuru qazana bilmədi və özünə yaxın olan tətbiq yaradıcılarından gözlədiyi dəstəyi ala bilmədi.
Microsoftun tətbiq və məhsul satışı həyata keçirən Microsoft Store platformasında ötən ay satılan Android telefonların sayı Windows Phone telefon sayını keçdi.
Bundan başqa, Windows Mobile ilə əməkdaşlıq edən HP Elite x3 və Alcatel IDOL 4S-in də satışı bu gün rəsmi olaraq dayandırıldı. Texnologiya dünyasına səs salan bu hadisəyə Microsoft tərəfindən heç bir açıqlama verilməməsi meydana gələn bu informasiyanın doğru olması faktını da gücləndirir.